Seyyid Həsən Nəsrullah: ABŞ-ın əsas siyasəti dəyişilməz olaraq qalacaqdır

Seyyid Həsən Nəsrullah: ABŞ-ın əsas siyasəti dəyişilməz olaraq qalacaqdır

Sizinyol xəbər verir ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah böyük müqavimət komandiri şəhid İmad Muğniyyənin şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışında, regional proseslərə də toxunaraq Donald Trampın getməsi və Ağ Evdə yeni bir rəhbərliyin hakimiyyətə gəlməsi ilə bölgədə böyük dəyişikliklərin meydana gəlməsini və bu dəyişikliklərin təsirinin bölgənin bir hissəsi olan Livandan uzaq olmayacağını söyləyib.

Seyyid Həsən Nəsrullah belə deyib: “Xüsusilə Trampın gedişindən və prioritetləri fərqli ola biləcək yeni ABŞ administrasiyasının gəlişindən sonra əhəmiyyətli dəyişikliklər baş verdi, lakin ABŞ-ın əsas siyasəti dəyişilməz olaraq qalacaqdır.”

O, belə əlavə edib: “Ağ Evdəki dəyişikliklərin ardınca sionistlər və səudiyyəlilərin İranın nüvə proqramı mövzusundakı narahatlıqları artmışdır. Eyni zamanda yeni ABŞ rəhbərliyinin Yəmən müharibəsinə dəstəyə son verməyi elan etməsini Yəmən müqavimətinin uğurları kimi hesab etmək olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =