Yəmən ordusu: Məribi azad etmək əzmindəyik

Yəmən ordusu: Məribi azad etmək əzmindəyik

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən mediası Sana şəhərində Mərib cəbhəsindəki savaşın kəskinləşməsi və aldadılmış Səudiyyə koalisiyası muzdlularının Yəmənin milli qurtuluş hökumətinə qaytarılması məqsədilə əlaqə kanallarının genişləndirilməsi mexanizmini müzakirə etmək üçün fövqəladə bir hərbi qəbilə iclasının keçirildiyini bildirib.

Yəmən ordusu Baş Qərargah rəisinin müavini Əli Əl-Muşəkinin rəhbərlik etdiyi və Hərbi Kəşfiyyat rəisi Abdullah Əl-Hakim və bir sıra Yəmən qəbilə başçılarının da iştirak etdiyi iclasda , Əl-Muşəki qəbilə ağsaqqallarına belə xitab edib: “Sizin milli və dini məsuliyyətiniz, sizdən özlərini məhv olmaqdan qurtarmaq üçün Məribi tərk edib hökumətin qucağına qayıtmaları üçün aldadılan şəxslərlə əlaqə qurmağınızı tələb edir.”

O, belə əlavə edib: “Mərib oğullarının, ordu və xalq komitələrinin hədəfi Məribin süqutu yox, onu işğalçıların caynağından azad etməkdir. Onlar vətənin son qarış torpağı azad olunana qədər aram olmayacaqlar.”

Yəmən ordusunun və xalq komitələrinin son günlərdə şərqi Yəməndəki strateji Mərib şəhərinə doğru sürətlə irəliləməsi istefa edən sabiq Yəmən hökuməti və Səudiyyə-Amerika koalisiyası arasında vahiməyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 4 =