Hava şəraiti ilə əlaqədar Azərbaycan avtomobil yollarındakı vəziyyət açıqlanıb

Hava şəraiti ilə əlaqədar Azərbaycan avtomobil yollarındakı vəziyyət açıqlanıb

Hava şəraiti ilə əlaqədar Azərbaycanın avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var.  Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi-Xızı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhərsaatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı-Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran-Lerik yolunda yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + two =