4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı

4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti dörd aydır ki, erməni snayperin vurduğu gülləni öz başında gəzdirir. Baş leytenant Zaur Muradov Vətən müharibəsində Murovdağ, Füzuli, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Möcüzə sayəsində sağ qalıb və bu gün başının içində 7.62 millimetrlik güllə ilə gündəlik həyatına davam edir.

Z. Muradov yaşadığı Hacıqabul rayonunda jurnalistlər tərəfindən ziyarət olunub.

Onu tanımağımıza səbəb olan həkimi Elşad Əliyev də bizimlə birgə Zaurgilə yollandı. Həkimin müharibə xatirəsini sosial şəbəkədə paylaşmasından sonra bu mövzuda ondan geniş məlumat almaq istədik. Elşad həkim isə həmin döyüşçü haqda heç bir məlumatı olmadığını və elə özü də onu axtardığını bildirdi. Daha sonra qəhrəmanımızın dostu onları əlaqələndirdi və bu müsahibə baş tutdu.

Elşad Əliyev XTQ zabiti Zaur Muradovla ilk tanışlığını belə xatırlayır: “Füzulidə gündəlik qaydada işlədiyimiz bir zamanda bir neçə yaralı gətirdilər. Bir prinsipimiz var idi: bütün yaralılar alt paltarına kimi soyundurulur ki, birdən gizlin xəsarət olar görmərik, sonra isə təzə paltar geyindirilir. Zauru gətirdilər, baxdıq, heç bir ciddi xəsarəti yox idi. Alnının bir hissəsində sanki arı sancıbmış kimi şiş var idi. Bir də əlində, ayağında xırda sıyrıqlar, başqa heç bir xəsarəti yox idi.

Zaura sual verirdik, gözünü açıb cavab verirdi. Danışdırmayanda 2 saniyə sonra yatırdı, huşsuz vəziyyətə keçirdi. Zauru intensiv terapiyaya yerləşdirdik. Səhəri gün tibb bacısı dedi ki, Zaur bütün gecəni yatıb. Onu ayıldıb yemək verilməsini tapşırdım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + seven =