Sionist general: Hizbullah raketləri İsraili iflic edəcək

Sionist general: Hizbullah raketləri İsraili iflic edəcək

Sionist İsrail ordusunun generallarından biri rejim rəhbərlərinə Hizbullah raketlərinin istifadə olunacağı təqdirdə İsrailin strateji obyektlərinin çox hissəsini iflic edəcəyinə dair xəbərdarlıq edib.

Sizinyol xəbər verir ki, İsrail ordusunun ehtiyatda olan komandirlərindən biri General İshaq Brik rejimin həssas təhlükəsizlik vəziyyətini izah edərkən “Ev hələ də ayaqdadır, ancaq yaranmış çat ən son nöqtəyə çatıb” deyə qeyd edib.

General yeni bir müharibə başlayacağı təqdirdə Qəzza zolağı, Livan, Suriya, İraq və hətta İrandan raketlərin İsrailə atılacağını xəbərdarlıq edib. O, ehtimal olunan bu müharibədə İsrailə təxminən 250.000 raket atılacağını və Hizbullah raketlərinin İsrailin strateji obyektlərinin çoxunu məhv edə biləcəyini söyləyib. General həmçinin orta hesabla hər gün İsrailin içərisinə bəziləri yüzlərlə kiloqram partlayıcı daşıyan döyüş başlıqlarına malik 3000-ə qədər raket atılacağını da ehtimal verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 16 =