İran sərnişin təyyarəsi istehsalına başlayacaq

İran sərnişin təyyarəsi istehsalına başlayacaq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının rəisi Turəc Dehqani Zəngənə, aviasiya sənayesinin tələb etdiyi hissələrin tədarükü ilə bağlı “Təsnim” Xəbər Agentliyinə verdiyi müsahibədə bunları söyləyib: “Təyyarə ehtiyat hissələrinin təmiri və tədarükü mövzusunda yaxşı nailiyyətlərə sahib olmuşuq. Hal-hazırda elm və texnalogiya şirkətləri böyük işlər görməkdədirlər.”

O, belə davam edib: “Hal-hazırda hava yolları şirkətlərinin ehtiyaclarının böyük hissəsini xaricdən təmin edirik, ancaq bununla yanaşı daxili gücdən də mümkün qədər çox istifadə edirik. Mülki Aviasiya İdarəsi də bu prosesi elm və texnalogiya şirkətləri üçün asanlaşdırır.”

Mülki Aviasiya Təşkilatının rəhbəri təyyarə dizaynı və istehsalı barədə isə bunları söyləyib: “Ölkədə təyyarə istehsalı proqramını genişləndiririk. Bu istiqamətdə “İran-140” təyyarəsi bir yük təyyarəsi olaraq istifadəyə veriləcəkdir. Bu təyyarə hərbi hissələrdə istifadə olunacaqdır. Bundan əlavə 100 oturacaqlı sərnişin təyyarəsinin istehsal xəttini işə salmaq üzərində də işləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =