“Şabak”ın keçmiş rəisi: İsraili acınacaqlı nəticələr gözləyir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Şabakın keçmiş rəisi Yuval Diskin, Sionist rejimin daxili səbəblərə görə tənəzzülə uğrayacağından narahat olduğunu dilə gətirib.
O, “Yediot Aharonot” qəzetində çap olunan bir məqalədə belə yazıb: “Yaxın gələcəkdə israillilərin yalnız 30 faizi İsrailin iqtisadi və hərbi problemlərinin yükünü çəkməli olacaq və beləliklə İsrail cəmiyyəti onu gözləyən problemlərdən qurtulmayacaqdır”.
Diskin belə əlavə edib: “İsraillilərin fikir ayrılıqları gündən-günə dərinləşməkdədir. Belə ki, İsrailin sol və sağ cərəyanları arasındakı bölünmələri və fikir ayrılıqları yəhudilərlə ərəblər arasındakı fərqdən daha çoxdur. Eləcə də hökumət sisteminə inamsızlıq, korrupsiya artmaqda və ictimai həmrəylik isə gündən günə zəifləməkdədir.”
Şabakın keçmiş rəisi, İsrailin gələcək hökumətləri sabiq davranışları dəyişdirmək üçün təcili addımlar atmasalar İsraili acınacaqlı nəticələr gözləyir, deyə qeyd edib.