Ayətullah Xamenei Avropadakı İslami Tələbə Dərnəkləri Birliyinə məktub göndərdi

Ayətullah Xamenei Avropadakı İslami Tələbə Dərnəkləri Birliyinə məktub göndərdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, Avropadakı İslami Tələbə Dərnəkləri Birliyinin əlli beşinci konqresi üçün məktub göndərib.

Məktubun mətnini sizə təqdim edirik:

“Bağışlayan və mehriban Allahın adıyla!

Hörmətli tələbələr!

Hər keçən gün gənclərin ölkənin inkişafında və gələcəyinin təmin edilməsindəki rolunun əhəmiyyəti getdikcə daha çox özünü büruzə verir. Ümumi bir bəla olan koronavirus epidemiyası bunu bir daha sübut etdi. Ölkənin bir çox məsələlərində olduğu kimi gənclərin bu məsələdəki əzmli addımları, istiqamətverici və coşğu dolu ümidləri elmi və praktiki tərəqqilər üçün bir stimul oldu. Ölkənin prespektivli gəncliyinin sinəsinə “Təməl mövzularda rol oynamaq” nişanı vurmağı bacarmaq, İslam İnqilabının ən böyük iftixarlarından biridir.

Siz əziz tələbələrdən gözləntimiz budur ki, ixtiyarınızda olan bu qiymətli fürsətdən istifadə edib mümkün qədər elmi, dini və əxlaqi səciyyələrlə özünüzü zinətləndirə və mühüm məsələlərdə rol oynamağa özünüzü hazırlayasınız. İslami Tələbə Dərnəkləri Birliyi bu sahədə ağır və eyni zamanda daha şərəfli bir vəzifəyə malikdir.

Allahın salamı və rəhməti olsun sizlərə!

Seyyid Əli Xamenei

20 Fevral 2021”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =