Antoni Blinken: İrana “maksimum təzyiq” siyasəti nəticəsiz oldu

Antoni Blinken: İrana “maksimum təzyiq” siyasəti nəticəsiz oldu

ABŞ dövlət katibi Antoni Blinken BBC-yə verdiyi müsahibədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətinin işə yaramadığını bildirib.

ABŞ Dövlət katibi, ABŞ Prezidenti Co Bayden administrasiyasının nüvə razılaşmasına qayıtması ilə bağlı mövqeyini təkrarlamış və İran İslam Respublikasının ABŞ-ın nüvə anlaşmasına qayıtmaq üçün bir şərt qoymaq hüququ olmadığını israr etməsinə baxmayaraq İran üçün şərtlər irəli sürüb.

Blinken, Birləşmiş Ştatların və avropalı ortaqlarının İran mövzusunda bir daha həmrəy olduqlarını qeyd edib.

“Prezident Bayden açıq şəkildə bildirdi ki, İran nüvə razılaşması üzərindəki öhdəliklərinə qayıtsa, Birləşmiş Ştatlar da bunu edəcəkdir” deyə ABŞ Dövlət Departamentinin rəisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =