Əbdül Məlik Əl-Husi: Biz yalnız təcavüzkarlarla döyüşürük

Əbdül Məlik Əl-Husi: Biz yalnız təcavüzkarlarla döyüşürük

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdül Məlik Əl-Husi, bu ölkə xalqının Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və ya Sionist rejimin nəzarətində olmayacağını bildirib.

Yəmənli Ənsarullah lideri Mərib vilayətindəki proseslərə toxunaraq deyib: “Mərib, Əl-Covf, Əl-Bəyza, Taiz, qərb sahili və bütün bölgələrdəki döyüşlərimiz yalnız xalqımıza qarşı müharibə edən təcavüzkarların qarşısını almaq üçündür. Çünki bu təcavüzkar bizə hakim olmaq və qəyyumluğunu bu xalqa tətbiq etmək niyyətindədir.”

O, belə əlavə edib: “Mərib və ya digər vilayətlərdəki döyüşümüz bu vilayətlərin sakinləri ilə deyildir.  Çünki onlar inanclarında bizlərlə şərikdirlər. Mərib vilayətinin əksər insanları şərəfli və azadədirlər.”

Əl-Husi, Yəməndə təkfirçi hərəkatın meydana gəlməsi ilə bağlı xəbərdarlıq edərək, bu hərəkatın Yəmən xalqından ayrı olduğunu və onların Yəmən xalqının kimliyinin və inancının köklərini qəbul etmədiklərini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =