Naftali Bennett: Netanyahu vəzifəsindən uzaqlaşdırılmalıdır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Sionist rejimin siyasi partiyalarından birinin lideri, işğal olunmuş ərazilərdə keçiriləcək seçkilərə toxunaraq, Benyamin Netanyahunun vəzifəsindən uzaqlaşdırılmasının vaxtının çatdığını söyləyib.
O, qeyd edib ki, əleyhinə bir çox cinayət işi açılan sionist rejiminin baş naziri görünməmiş bir təzyiq altındadır.
İşğal altındakı Fələstində yenidən seçkilərin keçirilməsinə təxminən bir ay qaldığı müddətdə aparılan rəy sorğuları Sionist rejimin sağ və sol koalisiyalarının heç birinin Knessetdə səs çoxluğu qazanmaq şansına sahib olmadığını göstərir. Son iki ildə işğal olunmuş Fələstində keçirilən bu dördüncü ümumi seçki 23 Mart 2021-ci il tarixinə təyin olunub. Bu arada isə, hazırkı baş nazir Benyamin Netanyahunun müxalifləri onun hakimiyyətdən getməsini tələb edirlər.
İşğal olunmuş ərazilərdəki Yemina partiyasının lideri Naftali Bennett də İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edərək “Kanal-12” telekanalına verdiyi müsahibədə, “Netanyahunun kənarlaşdırılmasının vaxtının çatdığına inanıram” demişdir. O belə əlavə etmişdir: “Bu şəxs İsrail üçün doğru seçim olmayıb və kabineti dəyişdirilməlidir.”