Mak Kenzie İrana qarşı əsassız iddialar səsləndirdi

Mak Kenzie İrana qarşı əsassız iddialar səsləndirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Qərbi Asiyadakı qüvvələrinin komandiri (Centcom) bir qərb mediasına verdiyi müsahibədə əsassız iddialar səsləndirərək, Vaşinqtonun 2015-ci ildə rəsmi Tehranla imzalanan nüvə anlaşmasını qurtarmaq ötrü səylərini artırdığı üçün İranın hər hansı bir təxribatçı hərəkətdən çəkinməsini söyləyib.

General Kennet Mak Kenzie Bazar günü Omana səfəri zamanı AFP-ə verdiyi açıqlamasında “Düşünürəm ki, hər kəsin ehtiyatlı olması və baş verənləri görməsi üçün yaxşı bir fürsətdir. İstənilən ehtimala hazır olacağımıza qəlbən inanıram”, – deyə vurğulayıb.

Xatırladaq ki, amerikalı general bu müsahibədə əvvəlki ABŞ administrasiyasının nüvə anlaşmasından xaric olmasından, beynəlxalq hüquqların pozulmasından, öhdəliklərə əməl edilməməsindən və İran xalqına qarşı sanksiyaların tətbiq edilməsindən bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =