Fələstinli əsir 17 ildən sonra azadlığa buraxıldı

Fələstinli əsir 17 ildən sonra azadlığa buraxıldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli əsir Məhəmməd Əbu Cəzər 17 illik həbsdən sonra bazar günü axşam sərbəst buraxılıb.

İslami Cihad hərəkatı və Saraya Əl-Qüds mücahidləri və ailəsi onu Qəzzadakı Beyt Hanun keçidində qarşılayıblar.

Əbu Cəzər sərbəst buraxıldıqdan sonra çıxışında belə deyib: “Xoşbəxtliyim təsvir edilə bilməz, amma əsir qardaşlarımı tək buraxdığım üçün kədərlənirəm. Bu əsirlər bizdən birgə olmamımızı istəyirlər, bizlər xüsusilə də qarşıda seçkilər olduğu bir zamanda işğalçı rejimin əlimizdən almağa çalışdığı sabitliyimizi və müqavimətimizi gücləndirmək üçün birləşməliyik.”

O, belə əlavə edib: “Əsirlikdə olan fələstinli qadın və kişilərin, onların silahlarını yerdə qoymayan hər kəsə mesajı budur ki, onları sionist zindanlarından azad etmək üçün birləşsinlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =