Ermənistanın hərbi hissəsində iğtişaşlar baş verib

Ermənistanın hərbi hissəsində iğtişaşlar baş verib

Ermənistandakı hərbi hissələrin birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən geri qayıtmaq istəməməsilə bağlı insident baş verib.

Fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb.

Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, bu vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.

Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − fourteen =