HƏMAS: Qüdsü yəhudiləşdirmək siyasəti məğlubiyyətə məhkumdur

HƏMAS: Qüdsü yəhudiləşdirmək siyasəti məğlubiyyətə məhkumdur

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı, Sionist rejimin Qüdsü yəhudiləşdirmək siyasətini qınayıb.

Hərəkat verdiyi açıqlamada “İsrailin Qüds sakinlərini yurdundan çıxarmaq və Qüdsü yəhudiləşdirmək işğalçılıq siyasəti məğlubiyyətə məhkumdur”, deyə vurğulayıb.

Bəyanatda həmçinin bildirilir: “Qüds Fələstinin paytaxtı olaraq qalacaq və bu şəhər öz ərəb və İslam kimliyinə sahib olacaqdır.”

Həmas, Məscidi-Əqsanın gözətçisi olan “Fadi Əlyan” ın evinin sionistlər tərəfindən dağılmasının onun Məscidi-Əqsanı müdafiə etdiyinə və müqəddəs yerləri qoruduğa görə baş vermədiyini qeyd edib.

Həmas bu hərbi cinayətin beynəlxalq hüquq normalarına uyğun – həqiqi sakinlərin haqlarının qorunmasını təmin edən bir qanunla mühakimə olunmalı və cinayətkarların cəzalandırılmalı olduğunu bildirib.

Hərəkat, sionist rejimin bu cinayətlərinin Qüdsdəki Fələstin xalqının iradəsini qıra bilməyəcəyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 14 =