ABŞ-da polis zorakılığının qurbanı olan 75 yaşlı kişi məhkəməyə müraciət etdi

ABŞ-da polis zorakılığının qurbanı olan 75 yaşlı kişi məhkəməyə müraciət etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ polisinin qaradərililərə və milli azlıqlara qarşı şiddəti dəfələrlə böyük qalmaqala çevrilib, bu dəfə isə bu zorakılığın qurbanı olan yaşlı bir adam Nyu-Yorkun ikinci ən sıx şəhərinin məmurları əleyhinə məhkəməyə müraciət edib.

4 iyun 2020-ci il tarixində, Martin Qucino adlı yaşlı bir adamın ağır yaralanması ilə nəticələnən Nyu York əyalətinin Buffalo şəhər polisinin zorakılığı yenidən böyük qalmaqala səbəb olub.

İki Buffalo şəhər polisi, ABŞ-dakı anti-irqçi etirazlar zamanı 75 yaşlı Martin Qucinonu itələyərək yerə yıxmışlar. Bu hadisə onun başının yerə dəyməsinə və beyin qansızmasına səbəb olub.

“The Hill” veb saytının yazdığına görə, 75 yaşlı Buffalo sakini bazar ertəsi günü ABŞ polis qüvvələrinin vəhşicəsinə davranışlarına görə bələdiyyə sədri və digər şəhər rəsmilərindən şikayət etmək üçün məhkəməyə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 4 =