Ermənistanda hərbi çevriliş gözlənilir? – Paşinyan xalqı meydana çağırdı

Ermənistanda hərbi çevriliş gözlənilir? – Paşinyan xalqı meydana çağırdı

“Bütün tərəfdarlarımızı hazırda Respublika Meydanına dəvət edirəm. Yaxın dəqiqələrdə efirdə bir açıqlama verəcəm”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə öz feysbuk hesabında məlumat verib.

Paşinyan polis və digər hüquq-mühafizə orqanları əməkdaşlarının mitinqin təhlükəsizliyini təmin edəcəklərini də sözlərinə əlavə edib.

Eyni zamanda Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevriliş cəhdi olduğunu bildirib.

Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir bəyanat yaymışdı.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =