Müqavimət Alimləri Birliyinin sədri: “Qələbəmiz qətidir”

Müqavimət Alimləri Birliyinin sədri: “Qələbəmiz qətidir”

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Müqavimət Alimləri Birliyinin sədri Şeyx Mahir Həmmud, Livanlı döyüşçü və mütəfəkkir Ənis Ən-Nəqqaşın dəfn mərasimində çıxışı zamanı, bu mərhum mücahidin və müqavimət cəbhəsinin mütəfəkkirinin özünəməxsus xüsusiyyətlərinə işarə edib

“Əl-Məyadin” telekanalının verdiyi məlumata görə Şeyx Həmmud vurğulayıb: “Hər kəsə – müsəlman olduğunu iddia edənlərə və ədalət bayrağını qaldıranlara, Fələstin olmadan (Fələstin amalına əhəmiyyət vermədən) şüarlarınızın naqis olduğunu söyləyirik.”

Müqavimət Alimləri Birliyinin sədri “Kompromisçilərin və yolu itirənlərin tələblərinə baxmayaraq, Qüds yoluna yetişmək üçün birləşməliyik”, deyib.

“Qələbəmiz qətidir! Mərhum Ənis Ən-Nəqqaş da daxil olmaqla bütün qəhrəmanlarımız Fələstinə gedən yolu asanlaşdırmışlar” deyə Şeyx Həmmud əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =