İşğal olunmuş ərazilərdə yaşayan ərəblərə qarşı nifrət artmaqdadır

İşğal olunmuş ərazilərdə yaşayan ərəblərə qarşı nifrət artmaqdadır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail gənclərinin bir çoxu ərəblərə nifrət edir və onların vətəndaşlıqdan məhrum edilmələrini dəstəkləyirlər.

“The Times of Israel” qəzetinin məlumatına görə, dindarların təxminən yarısı və sekulyaristlərin isə dörddə biri belə düşündüklərini dilə gətirirlər Ortodoks yəhudilərin arasında isə bu təfəkkür daha güclüdür. İsraildəki ərəb gənclərinin yarısı ortodoks yəhudilərlə bağlı mənfi stereotiplərə malikdirlər.

Bu həftə yayımlanan bir sorğuda, İsrailin ortodoksal yəhudilərinin və millətçilərinin təxminən yarısı ərəblərə nifrət etdiklərini və onların vətəndaşlıqdan məhrum edilməsini müdafiə etdiklərini söyləmişlər. Sekular düşüncəli gənclərin isə 23 faizi onlarla həmfikir olublar

Cümə axşamı Yerusəlim Yəhudi Universitetinin “Akkord” mərkəzi tərəfindən yayımlanan bu sorğu 16 -18 yaşa malik 1100 gəncin arasında keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 8 =