İraq parlamentinin üzvü: İraq hökuməti vaxt öldürməyə davam edir

İraq parlamentinin üzvü: İraq hökuməti vaxt öldürməyə davam edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq parlamentinin “Sadiqun” fraksiyasının üzvü Əbdül Əmir Əl-Dəbbi şəhid Hacı Qasim Süleymani və Şəhid Əbu Mehdi Əl-Mühəndisə sui-qəsd edənlərin ifşa edilməsinin İraq hökumətinin marağında olmadığını söyləyib.

Əl-Dəbbi, “Əl-Məlumə” veb saytına verdiyi müsahibədə bu şəhid komandirlərə qarşı terrorun təfərrüatının və Həşdu Şabi qərargahının hədəfə alınması ilə bağlı istintaqın nəticələrinin hələ də aydın olmadığını bildirib.

O, hökumətin şəhid komandirlərin terroru ilə əlaqədar istintaqın nəticələrini açıqlamaqda vaxt öldürməyə davam etdiyini söyləyib.

Bundan əvvəl, İraq parlamentinin “Əl-Fəth” fraksiyasının üzvü Fazil Əl-Fətəlavi də İraq liderlərinin şəhid komandirlərin terroru qarşısında susmasının təəccüblü olduğunu deyib.

O, bildirib ki, İraq parlamenti xarici hərbiçilərin ölkədən çıxarılması ilə bağlı öz sözünü deyib və bu qətnamənin icrası üçün lazımi təzyiqləri göstərməyə də davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 11 =