Dəməşq: Bəzi ölkələr Tərksilaha Dair Beynəlxalq Konfransdan sui-stifadə edir

Dəməşq: Bəzi ölkələr Tərksilaha Dair Beynəlxalq Konfransdan sui-stifadə edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya xarici işlər naziri, bəzi ölkələrin öz mövqelərinə və onların mənfur siyasətlərinə şərik olmayan ölkələrdən qisas almaq üçün Tərksilaha Dair Beynəlxalq Konfransın adından sui-istifadə etməyə çalışdıqlarını vurğulayıb.

Feysəl Əl-Miqdad Cenevrədə Tərksilaha Dair Beynəlxalq Konfransın vebinarında oxuduğu bir bəyanatda belə deyib: “Son illərdə bəzi ölkələr nəinki, Tərksilah Konfransının öz gerçək rolunu oynaması üçün əməl meydanına qayıtmasına mane olmuşlar, eyni zamanda konfransda müzakirə edilən razılaşmalar çərçivəsində qurulan mexanizmlərin etibarlılığını və rolunu zəiflətməyə də çalışmışlar.”

Əl-Miqdad, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının işinin siyasiləşdirilməsi, bu təşkilatın Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyası çərçivəsində onun üçün nəzərdə tutulmuş vəzifələrindən uzaqlaşmasına səbəb olur və bu, təşkilatın etibarlılığını və gələcəyini təhdid edir, deyə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + one =