Netanyahunun partiyası Fələstin Muxtariyyətindən kömək istədi

Netanyahunun partiyası Fələstin Muxtariyyətindən kömək istədi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Likud partiyasının qarşıdakı seçkilərdə İsrail Baş naziri Benyamin Netanyahunu dəstəkləmək üçün Ramallahdakı Fələstin Muxtariyyətindən kömək istəməsi sabiq nazir tərəfindən kəskin şəkildə tənqid edilib.

Netanyahunun partiya yoldaşı və sabiq ali təhsil naziri Zeev Elkin çərşənbə günü Likudun Ramallahdan kömək istəməsini qınayaraq və Netanyahudan bu addımı atan məsul şəxsi partiyadan çıxartmasını tələb edib.

“Yediot Aharonot”  bazar ertəsi günü, Baş Nazirlik aparatında nazir müavini vəzifəsini icra edən Fatin Mullanın, İşğal olunmuş Fələstin bölgələrindəki ərəbləri Likud partiyasına səs verməyə razı salmaq üçün Fələstin Muxtariyyəti ilə əlaqə qurduğunu bildirib.

Son iki ildə işğal edilmiş Fələstində keçiriləcək dördüncü ümumi seçki 23 Mart 2021-ci il tarixinə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 2 =