Knessetin ərəb üzvü mitinqdə yaralandı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi Fələstinin işğal altındakı Ummul-Fəhm şəhərində təşkil olunan mitinqə hücum edərək Knessetin bir ərəb üzvü də daxil olmaqla bir neçə nəfəri yaralayıblar.
Yüzlərlə insan bu gün 1948-ci ildə işğal olunan Fələstin ərazilərindəki Ummul-Fəhm şəhərində, işğal altındakı Fələstinin ərəb sakinlərinə qarşı olan şiddət və qətl dalğasına etiraz olaraq nümayiş keçiriblər.
Nümayişçilər, sionist rejiminin aidiyyəti orqanlarını və polis məmurlarını, işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərə qarşı cinayət törədən sionistləri məsuliyyətə cəlb eləməməkdə ittiham ediblər.
Nümayişdə iştirak edən Knessetin “Birgə Ərəb Siyahısı” fraksiyasının üzvü Yusif Cabbarin də sionist polislərinin atdığı kauçuk güllə nəticəsində yaralanıblar.