Sionist rejimi ABŞ-ın Suriya ərazisinə təcavüzündən xoşhaldır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv cümə axşamı gecəsi, ABŞ-ın sionistlərin tövsiyəsi ilə İranın himayə etdiyi hərbi qruplaşmalar tərəfindən istifadə edilən bir bazaya etdiyi bu hücumundan çox razıdır.
Sionist rəsmiləri, bu hücumları yeni ABŞ hökumətinin İranla bağlı mövqeyinin müsbət bir əlaməti olaraq gördüklərini və bu addımın rəsmi Tehrana özünü və bölgədəki qüvvələrini kontrol etməsi ilə bağlı bir mesaj olacağına inandıqlarını söyləyiblər.
Bu rəsmilər həmçinin, İranın və onun bölgədəki dəstəklədiyi qüvvələrinin təxribat hərəkətlərinin artmasından narahat olduqlarını və bu narahatlığı amerikalılarla bölüşdüklərini bildiriblər.
Cümə günü səhər, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon), ABŞ ordusunun prezident Co Baydenin əmri ilə Suriyanın şərqindəki müqavimət qruplarına aid mövqeləri bombaladığını xəbər verib.