İranda Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilib – Foto

İranda Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilib – Foto

İranda Qum Elmi-Dini Hövzəsinin təşəbbüsü ilə “17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı” keçirilib.

Tədbirdə ilk olaraq İran parlamentinin spiker müavini Əli Nikzad və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış ediblər.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müraciəti oxunub.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibə dövründə göstərdiyi şücaətləri əks etdirən videoçarx nümayiş olunub. 

İran Elmi-Dini Hövzəsinin sədri Əlirza Ərafinin sözlərinə görə, İranın Ali Rəhbər ayətullah Xamenei bildirib ki, bütün islam torpaqları, o cümlədən Qarabağ çox əhəmiyyət kəsb edir.

Daha sonra konfransda bəyanat qəbul olunub. Bəyanatda bildirilib ki, İran bütün gücü ilə Qarabağın azadlığını müdafiə edir, beynəlxalq qətnamələri dəstəkləyir. Bəyanatda Qarabağın islam dünyasının bir parçası olduğu və işğala məruz qalmasının dini dəyərlərə zidd olduğu önə çəkilib, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd olunub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eight =