Sionistlər HƏMAS-ın hərbi dəniz gücündən narahatdır

Sionistlər HƏMAS-ın hərbi dəniz gücündən narahatdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Sionist rejimi, HƏMAS İslami Müqavimət Hərəkatının hərbi gücünün, xüsusilə də hərbi dəniz qüvvələrinin artmasından və gələcəkdə tərəflər arasında baş tutcaq hər hansı bir müharibədə istifadə ediləcək, qrupun dəniz komandolarının imkanlarından dərin narahatdır.

Sionist rejimi, HƏMAS-ın Qəzza zolağı sahillərindəki qaz platformaları kimi strateji sahələrə əl tapmaq imkanı verəcək raketlərə və dəniz texnikasına sahib olacağından və bunun gələcəkdə baş verəcək müharibələrdə HƏMAS-ın üstünlüyünə səbəb olmasından narahatdır.

Bu istiqamətdə, bazar günü polis və sionist ordunun bəzi bölmələri işğal olunmuş Fələstinin cənub bölgəsində və sahil şəhəri olan Aşkelonda təhdidlərlə mübarizə manevri təşkil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 5 =