Şeyx əl-Xəzəli: İraqda sabitliyin yeganə yolu amerikalıların çıxarılmasıdır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı “Asaib Ahl al-Haq” müqavimət qrupunun baş katibi Şeyx Qeys Əl-Xəzəli, ölkənin müqavimət qüvvələrindən birinin şəhadətiylə nəticələnən ABŞ-ın Suriya-İraq sərhəd bölgəsinə hücumunu sərt tənqid edib.
Şeyx Xəzəli tərəfindən edilən açıqlamada bildirilir: “İraqın Suriya ilə sərhədlərini qorumaq üçün üzərinə düşən vəzifəsini yerinə yetirən “Həşdi Şabi” qüvvələrinin hədəfə alınmasını şiddətli şəkildə qınayırıq. Bu çirkin hərəkət, ABŞ-ın yeni rəhbərliyinin əsil siyasətinin bu hücumları qəsdən davam etdirməklə açıq şəkildə Sionist rejimin maraqlarına xidmət etmək və İraq xalqının övladlarının qanını tökmək olduğunu göstərir.”
“Asaib Ahl al-Haq” müqavimət qrupunun baş katibi deyib: “Biz, ABŞ əsgərlərinin İraqdan geri çəkilməsinin İraqda sabitliyə nail olmağın yeganə yolu olduğunu və xalqın iradəsinin, İraqın siyasi qərarlarının və müqavimətinin buna nail olmaq üçün yetərli olduğunu vurğulayırıq.”