ABŞ Suriyanın buğda və arpasını qaçaq yolu ilə İraqa daşıyır

ABŞ Suriyanın buğda və arpasını qaçaq yolu ilə İraqa daşıyır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi (SANA) bazar ertəsi ABŞ qüvvələrinin Suriya buğda və arpasını qaçaq yolu ilə İraq ərazisinə apardığını bildirib.

Ramilan şəhərinin yerli mənbələri SANA-ya bildiriblər ki, ABŞ işğalçı qüvvələri Suriyanın əkin sahələrindən oğurlanan buğda və arpa ilə yüklənmiş 45 yük maşınını qanunsuz Əl-Vəlid keçidi vasitəsilə İraq ərazisinə keçiriblər.

Məlumatda həmçinin ABŞ qüvvələrinin Əl-Valid keçidindən Suriya taxılını və neftini İraqa daşımaq üçün istifadə etdikləri də bildirilib.

Suriyanın rəsmi xəbər agentliyinin dəfələrlə verdiyi məlumata görə, ABŞ gündəlik olaraq “Suriya Demokratik Qüvvələri” kimi tanınan kürd milislərinin vasitəsilə neft və taxıl da daxil olmaqla, ölkənin təbii tesurslarını talan edərək qaçaq yollarla İraq ərazisinə daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 19 =