Fizika üzrə professor antisemitizm görə işdən çıxarıldı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “The Times of Israel” qəzeti, çərşənbə axşamı Miçiqan əyalətinin “Ferris” Dövlət Universitetinin, fizika üzrə professoru Tomas Brennanı sosial mediada antisemit material yayımladığı üçün işdən çıxardığını bildirib.
Sionist qəzeti, USA Today və Detroit Free Press və digər medyaların da məlumat verdiyi kimi ötən ilin payızında universitetdə bir qəzetdə dərc olunan bir məqaləyə əsasən Tomas Brennanın Twitter’da “Yəhudi Mafiyası” ilə əlaqəli mesajlar yaydığını və Covid-19 xəstəliyini “Yəhudi inqilabı” adlandırdığını yazıb.
Amerikalı universitet müəllimi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, özünü müdafiə etmək üçün Twitter-də bir mesaj göndərərək bu materialı miqren və digər problemlərdən qaynaqlanan fərdi böhranın yaratdığı məyusluqdan yazdığını bildirib.