Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mədəni-tədris mərkəzi fəaliyyətə başlayıb

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mədəni-tədris mərkəzi fəaliyyətə başlayıb

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) mədəni-tədris mərkəzi bu ölkədə fəaliyyətə başlayıb.

Azərbaycan mədəni-tədris mərkəzinin açılışı qurumun yeni seçilmiş prezidenti, Moskva vilayətinin Ximki şəhərinin Deputatlar sovetinin üzvü Xanoğlan Əliyevin dəstəyi sayəsində mümkün olub.
Ximki şəhərindəki bu mərkəz Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin pilot layihəsidir. Bu çərçivədə Moskva vilayəti, Moskva şəhəri və Rusiyanın digər bölgələrində mədəni mərkəzlərin açılışı nəzərdə tutulub. Mərkəzin əsas məqsədi Azərbaycan mədəniyyətinə biganə olmayan insanları, Azərbaycan ilə daha yaxından tanış olmaq istəyənləri bir arada cəmləşdirməkdir.
Azərbaycan mədəni-tədris mərkəzində müxtəlif mədəni və maarifləndirici tədbirlər, o cümlədən yaradıcı layihələrin və kitabların təqdimatı, master-klaslar, seminarlar, mühazirələr, mədəniyyət xadimləri ilə görüşlər, həmçinin Azərbaycan və Rusiyanın əlamətdar tarixlərinə həsr olunmuş ənənəvi tədbirlər keçirilir. Burada uşaqlar və böyüklər üçün milli ədəbiyyat və dərsliklərdən ibarət kitabxana, Azərbaycan və digər dillərin tədrisi, teatr studiyası, milli rəqs studiyası, milli incəsənət studiyası, Gənc jurnalistlər birliyinin məktəbi, diskussiya klubu kimi fərqli platformlar fəaliyyət göstərəcək.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − six =