Netanyahunun İran siyasətində uğursuzluğu

Netanyahunun İran siyasətində uğursuzluğu

Mossadın sabiq rəis müavini: “Netanyahu İranın nüvə proqramıyla mübarizə edə bilmədi.”

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, keçən ay Mossaddakı vəzifəsini bitirən sabiq Mossad rəis müavini, İsrail baş naziri Benyamin Netanyahunun İranla mübarizədə və onun nüvə proqramını dayandırmaqda uğursuz olduğunu söyləyib.

O, belə əlavə edib: “Bu günkü vəziyyətə nəzər salsaq, 2021-ci ilin mart ayında Fordoda uranın zənginləşdirildiyini, Kaşanda və Nətənzda fəaliyyətlərin davam etdiyini, onların 2.5 ton zənginləşdirilmiş uran topladıqlarını və inkişaf etmiş santrifüjlərə sahib olduqlarını görərik, digər tərəfdən bizim bugünkü vəziyyətimiz nüvə sazişinin imzalanmasından öncəki vəziyyətdən daha pisdir, bir halda ki, onlar (İranlılar) hələ də raketlər istehsal etməkdədirlər və regional nüfuzlarını genişləndirməkdən bir saniyə belə dayanmayıblar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 12 =