Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatı Haaqa Məhkəməsinin qərarını alqışladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Cəza Məhkəməsinin sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki hərbi cinayətləri ilə bağlı istintaq başlatmasına dair qərarını alqışlayıb.
Ərəb Birliyinin baş katibi Əhməd Əbu əl-Qeyt, bu qərarın Sionist rejimin və onun Fələstindəki cinayətlərinin qınanmasına bir dəlil olduğunu söyləyib.
İslam Əməkdaşlıq Təşkilatı da verdiyi bir açıqlamada, Fələstin torpaqları ilə əlaqədar Haaqa məhkəməsində istintaqın başlanmasının elan edilməsi ədalətə nail olmaq və Fələstin xalqına qarşı cinayətlərə görə İsrail liderlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində atılan mühüm bir addım olduğunu vurğulayıb.