Liberman: Netanyahunun İran əleyhinə açıqlamaları yalnız səs toplamaq üçündür
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin sabiq müdafiə naziri Aviqdor Liberman cümə günü öz “Twitter” hesabında rejim rəsmilərinin İran əleyhinə son açıqlamalarına qarşı reaksiya verib.
“Sada News” xəbər agentliyinə görə, Aviqdor Lieberman “Twitter”-də belə yazıb: “Baş nazir və müdafiə nazirinin İrana qarşı söylədikləri yalnız bir neçə səs qazanmaq üçündür”.
Baş nazir Benyamin Netanyahu “Kan” radiosuna verdiyi son müsahibəsində, “İranı dayandırmağa qərarlıyam. Biz onlara bütün bölgədə (Orta Şərqdə) zərbələr vurmaqdayıq” və müdafiə naziri Beni Qantz Amerika telekanalı “Fox News”-a verdiyi yeni müsahibəsində, “Əgər beynəlxalq birlik İranın nüvə silahı əldə etməsinə mane olmasa, İsrail İranı dayandırmaq üçün müstəqil hərəkət keçəcəkdir”, deyə iddia etmişlər. İsrailin sabiq müdafiə naziri də öz tvitində bu iddialara istinad edib.