Həzrət Ayətullah Sistaninin Roma Papasıyla görüşünün təfərrüatı

Həzrət Ayətullah Sistaninin Roma Papasıyla görüşünün təfərrüatı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki,  Həzrət Ayətullah Sistani (damə zilluh) şənbə günü Katolik Kilsəsinin baş yepiskopu və Vatikanın lideri Roma Papası Fransisk ilə görüşüb.

Həzrət Ayətullah Sistaninin ofisi Roma Papasıyla görüşün təfərrüatıyla bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, görüşdə bu dövrdə bəşəriyyətin üzləşdiyi böyük problemlərə, Allaha və onun elçilərinə inamın roluna və bu çətinliklərin öhdəsindən gəlmək üçün yüksək əxlaqi dəyərlərin təsirinə toxunulub.

Qeyd olunur ki, Ayətullah Sistani müxtəlif ölkələrdə çox sayda insanın zülm, yoxsulluq, dini və düşüncə zəminində ayrıseçkiliyə məruz qalmasından və azadlıq hüququndan məhrum edilməsindən və digər sosial ədalətsizliklər barədə danışıb.   

Açıqlamada həmçinin qeyd olunur ki, Ayətullah Sistani böyük dini liderlərin roluna və onların bu fəlakətlərin qarşısını almaq və azaltmaq üçün çalışmalı olduqlarına diqqət çəkib.

Həmçinin Ayətullah Sistani xristian soydaşlarımızın digər iraqlılar kimi təhlükəsizlik içərisində və əmin-amanlıqda yaşaya biləcəklərini və konstitusiyadakı bütün hüquqlardan istifadə haqqına malik olduqlarını da vurğulayıb.

Sonda Ayətullah Sistani Roma Papasına və Katolik Kilsəsinin bütün ardıcıllarına və bütün insanlığa xoşbəxtlik arzulamış və bu səfərə görə ona öz təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 15 =