İsrail hərbi eksperti: İran intiqam üçün İsrail gəmisinə hücum etdi

İsrail hərbi eksperti: İran intiqam üçün İsrail gəmisinə hücum etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı İsrail rejiminin hərbi ekspertlərindən biri, Oman körfəzindəki gəmiyə hücumla bağlı Təl-Əvivdə əksər mütəxəssislər bunun İranın nüvə alimi Möhsün Fəxrizadənin terroruna cavab olduğu qənaətindədirlər, deyə bildirib.

“Keçən noyabrda Fəxrizadənin terror edilməsindən sonra, iranlılar intiqam almağa çalışırlar. Onların ilk istəkləri Yəməndən silahlı pilotsuz təyyarələr göndərmək və İsraildəki hədəfləri vurmaq idi”, deyə hərbi ekspert Yoav Limor, “İsrael Today” qəzetində dərc olunan bir məqaləsində söyləyib.

O belə davam edib: “İsrail hərbisi bu təhdidi vaxtında anlamış və bir neçə yolla bunun qarşını almışdır, birinci yol amerikalılarla kəşfiyyat koordinasiyasını artırmaq, ikinci yol döyüş və hava hücumundan müdafiə sistemlərində hazırlığı artırmaq, üçüncü yol isə İran və Yəmənə belə bir addımın müqabilində laqeyd qalmayacaqlarıyla bağlı gizli mesajlar göndərmək oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + seventeen =