AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

Martın 1-7-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 22 642 monitorinq həyata keçirib və 1 109 nöqsan aşkar edib.

Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunan nöqsanlar aşağıdakılardır:

– İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 931 (84 %);
– Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 124 (11%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkarlanıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − one =