Bakının ictimai nəqliyyatında daşıyıcıların sayı ötən il 22% azalıb

Bakının ictimai nəqliyyatında daşıyıcıların sayı ötən il 22% azalıb

2020-ci ildə Bakı Nəqliyyat Agentliyi paytaxtın ictimai nəqliyyat şəbəkəsində həyata keçirdiyi optimallaşdırma nəticəsində daşıyıcıların sayını 21,6% azaladaraq 37-dən 29-a endirib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, ötən il 26 marşrut xətti optimallaşdırılıb, 17 yeni marşrut xətti açılıb.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı 12 ekspress və 5 müntəzəm marşrut xətti təşkil edilib, bu xətlərlə 10 milyondan çox sərnişin daşınıb. Hesabat ilində marşrutların ümumi sayı 163 olub.

Müntəzəm sərnişindaşınma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyat vasitələri üçün il ərzində 23,1 min ədəd, orta hesabla hər ay 1,9 min ədəd “Fərqlənmə nişanı” verilib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 1 =