BƏƏ Netanyahunu qəbul etmədi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ibri dilli medialar BƏƏ-nin Netanyahunu qəbul etmək istəmədiklərini bildiriblər.
İbri dilli KİV-lər, yüksək səviyyəli BƏƏ rəsmilərinin İsrail Baş naziri Benyamin Netanyahunun qarşılanmasına qarşı olduqlarını vurğulayıblar.
Bu baxımdan İsrail ordusunun radiosu bildirib ki, BƏƏ rəsmiləri bu səfərin İsrail rejiminin 23 Mart seçki prosesinə təsir etməməsi üçün ölkələrinin bu anda Netanyahunu qarşılamaq niyyətində olmadığını açıqlayıblar.
Lakin Netanyahunun ofisi hələ ki, buna heç bir reaksiya verməyib.
Ümumiyyətlə Netanyahunun BƏƏ və Bəhreynə səfəri, koronavirusun yayılması bəhanəsilə bir neçə dəfə ləğv edilmişdir, lakin bəzi mənbələr bu səfərlərdən bəzilərinin siyasi səbəblərdən ləğv olunduğunu bildiriblər.
Xatırladaq ki, bəzi İsrail mənbələri bir neçə gün əvvəl Netanyahunun seçkiləri qazanmaq şansını artırmaq üçün Knesset seçkilərindən əvvəl BƏƏ-yə getməkdə israrlı olduğunu elan ediblər.