Fələstin rəsmisi: ABŞ danışmaq əvəzinə əməl etsin

Fələstin Muxtariyyətinin baş naziri ABŞ Prezidenti Co Baydendən danışmaq əvəzinə verdiyi sözləri və vədlərini yerinə yetirərək İsrail rejimi tərəfindən sionist yaşayış məntəqələrinin qanunsuz genişləndirilməsini dayandırmağa çağırıb.
Muhəmməd İştiyyə çərşənbə axşamı Fələstin dövlət kabinetinin iclasında belə deyib: “Bizlər ölümcül koronavirusla mübarizə aparmaqla yanaşı, Fələstin dövlətinin qurulması üçün beynəlxalq səylərin qarşısını almağa çalışan sionistlərin qanunsuz məskunlaşma virusunun artması ilə də qarşı qarşıyayıq.”
O, sionist rejimin fələstinli ailələri və Qüdsün əsil sakinlərini Şeyx Cərrah bölgəsindəki evlərindən qovma qərarını sərt pisləyərək beynəlxalq insan haqları təşkilatlarından bu addıma son qoymaq üçün müdaxilə etməyi tələb edib.
İştiyyə dünya ölkələrini bu cür planları pisləməyə və Təl-Əvivdən bu cür hərəkətləri ən qısa müddətdə dayandırmağı tələb etməyə çağırıb.