Netanyahu: Anti-İran mövqeləri ərəb ölkələrinin İsraillə sazişinin əsas səbəbidir

Netanyahu: Anti-İran mövqeləri ərəb ölkələrinin İsraillə sazişinin əsas səbəbidir

İsrail Baş naziri Benyamin Netanyahu, ərəb ölkələri ilə saziş imzalamasının səbəbinin anti-İran mövqelərilə bağlı olduğuna dair əsassız iddialarını yenidən təkrarlayıb.

Netanyahu çərşənbə günü “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə iddia edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşin məhz anti-İran mövqeləri onların İsrail ilə münasibətlərdə güzəştə getməsinə və əlaqələrini normallaşdırmasına səbəb olub.

O, belə əlavə edib: “Bu (anti-İran mövqeyi) əsas meyar idi. Məhz bu meyar onları İsrailə tərəf gətirən amil idi. Onlar İsraili yalnız bir texnoloji mənbə olaraq deyil, həm də İsrailin onları təhdid edən bir ölkə olan İranla qarşı-qarşıya qaldığının şahidi oldular. İran bizi məhv etməklə daha çox təhdid edir, lakin onlar (ərəb ölkələri) İsrailin onlar üçün mühüm bir müttəfiq olduğunu başa düşdülər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − twelve =