ATƏT sədri Azərbaycana səfər edəcək
İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir.
Bu barədə o “Twitter” səhifəsində yazıb.
Linde, ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun hazırkı sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə bir brifinq keçirdiyini bildirib.
O, ATƏT Parlament Assambleyasının 20-ci qış iclası zamanı Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığını, səfər zamanı ikinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyətlə tanış olmaq niyyətində olduğunu yazıb.
Salamnews