Baqir Əz-Zubeydi: Mosul ssenarisindən daha təhlükəli bir plan qarşımızdadır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqın sabiq daxili işlər naziri Baqir Əz-Zubeydi, Nəcəfi-Əşrəf, Kərbəla və Bağdadı da əhatə edəcək Mosul ssenarisindən daha təhlükəli olan ölkəyə qarşı yeni planlar barədə xəbərdarlıq edib.
O, 10 Mart çərşənbə gecəsi İraq telekanalı “Dəclə”-yə verdiyi açıqlamada, “Hal hazırda Sincarda və Əl-Vəlid keçidində baş verənlər çox təhlükəlidir, Suriya və İraqı bir faciə təhdid edir”, deyə bildirib.
“İncaz” hərəkatının baş katibi qeyd edib ki, İŞİD-i yenidən qruplaşdırmaq və Sincar dağlarını Türkiyənin köməkliyi ilə ələ keçirmək üçün bir plan hazırlanıb. Sincar hazırda bölgədə böyük əhəmiyyətə malik bir geosiyasi məkan hesab olunur. Bölgədə İŞİD-in toplanması, 2014-cü ildə baş verən Mosul, Salahuddin, Kərkük və hətta Ərbil cinayətlərinin təkrarlanması deməkdir. Bu plan Bağdad, Nəcəfi-Əşrəf və Kərbəla vilayətlərini də əhatə edir.