Təl-Əviv İordaniya vəliəhdinin Əl-Əqsa məscidinə girməsinə icazə verməyib

Təl-Əviv İordaniya vəliəhdinin Əl-Əqsa məscidinə girməsinə icazə verməyib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist mənbələri rejim rəsmilərinin İordaniya vəliəhdi Əl-Hüseyn bin Abdullahın çərşənbə günü baş tutması planlaşdırılan işğal olunmuş Fələstinə ziyarətini qəbul etmədiyini və Əl Əqsa Məscidinə girməsinə icazə vermədiyini bildiriblər.

“Al-Araby Al-Jadeed” qəzeti cümə axşamı sionist telekanalı “Kan”-a istinadən xəbər vermişdir ki, Amman və Təl-Əvivin siyasi və təhlükəsizlik orqanlarının səfərin təfərrüatları barədə razılığa gəlmələrinə baxmayaraq, sionist rejimi vəliəhdi müşayiət edən mühafizəçilərin sayının razılaşdırıldığından çox olduğunu bəhanə edərək İordaniya nümayəndə heyətinin Əl-Kəramə keçidinə girməsinə icazə verməyib.

Bu addım İordaniya ilə sionist rejimi arasındakı münasibətlərin istiləşməsinin əlamətlərinin meydana çıxdığı bir vaxta təsadüf edir. Hətta “Yediot Aharonot” qəzeti daha öncə İordaniya Kralı II Abdullahın sionist rejiminin müdafiə naziri Beni Qantz ilə gizli görüş keçirdiyini də xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =