İrana məxsus yük gəmisi terror hücumuna məruz qalıb

Aralıq dənizinin beynəlxalq sularında baş verən terror aktı nəticəsində “Şahr-e Kord” yük gəmisinin bir hissəsi zədələnib.
Bunu İran gəmiçilik şirkətinin mətbuat katibi Əli Qiasyan açıqlayıb.
Onun sözlərinə görə, terror aktı Aralıq dənizində törədilib və nəticədə “Şahr-e Kord” yük gəmisinin bir hissəsinə ziyan dəyib.
“İslam Respublikası konteyner daşımaları şirkətinə məxsus gəmi İrandan Avropaya gedirdi.
Partlayıcı maddə gəmiyə dəydikdən sonra partlayış baş verib, kiçik miqyaslı yanğın baş verib, gəmi komandiri və heyətinin vaxtında göstərdiyi səylərlə dərhal söndürülüb, heyət üzvündən heç kim yaralanmayıb”, o qeyd edib.
Salamnews