Tovuzda kişi özünün və oğlunun evini yandırıb

Tovuzda kişi özünün və oğlunun evini yandırıb

Tovuzda kişi özünün və oğlunun evini yandırıb.

Rayonun Yuxarı Öysüzlü kəndində Razim Səmədov ailə münaqişəsi zəminində əvvəlcə öz evinə, daha sonra oğlu Elçin Səmədovun evinə od vurub.

Bundan sonra isə həyətdəki yardımçı tikililəri də yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin  Tovuz Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb, yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 5 =