Sionist prezidentinin İranofobiya səfəri

Sionist prezidentinin İranofobiya səfəri

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail prezidenti Reuven Rivlin gələn həftə “İranın nüvə proqramının artan təhlükəsi” mövzusunda müzakirə etmək üçün Almaniya, Fransa və Avstriyaya səfər edəcək.

“Times of Israel” qəzetinin yazdığına görə, Rivlinin səfərinin başqa bir məqsədi, Beynəlxalq Cəza Məhkəməsinin işğal olunmuş Fələstin ərazilərindəki hərbi cinayətləri araşdırmaq qərarını müzakirə etməkdir.

Rivlinin rəsmi ofisi, bu səfərin bu üç ölkə prezidentlərinin dəvəti ilə baş tutacağı barədə açıqlama vermişdir. Onu bu səfərdə sionist ordusunun Baş Qərargah rəisi Aviv Koçavi müşayiət edəcək.

Bu üç günlük səfər, sionist rejiminin ABŞ prezidenti Co Baydeni sabiq prezident Donald Tramp nüvə anlaşmasından xaric olduqdan sonra İrana qarşı başlanan “maksimum təzyiq” siyasətini davam etdirməyə razı salmaq istədiyi bir vaxta təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − seven =