Bayden: ABŞ-dakı koronavirus ölümləri, üç müharibədəki ümumi itkilərimizdən daha çoxdur

Bayden: ABŞ-dakı koronavirus ölümləri, üç müharibədəki ümumi itkilərimizdən daha çoxdur

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, cümə günü səhər ölkəsində koronavirusun yayılması səbəbindən müəssisələrin bağlanmasının birinci ildönümü ilə əlaqədar çıxış etmiş və bu epidemiyada görülməmiş ölüm sayına dair statistik məlumatlar verib.

ABŞ prezidenti ölüm sayının ABŞ-da 527.726 nəfərə yüksəldiyini söyləyərək bunun I və II Dünya Müharibələrində, Vyetnam müharibəsində və 11 sentyabrda öldürülən amerikalıların ümumi sayından çox olduğunu qeyd edib.

Cons Hopkins Universiteti isə cümə axşamı gününə qədər virusdan ölənlərin sayının 529.213 nəfər olduğunu bildirib. “Worldometers” statistika veb saytı, ABŞ-da bu virusadan ölənlərin sayının daha yüksək olduğunu yazmışdır. Bu mərkəzə görə, ABŞ-da 542.191 nəfər koronavirus səbəbiylə həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 18 =