Mübarək Şəban ayının müştərək əməlləri
15 mart Şəban ayının ilk günüdür
Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur: 1. Oruc tutmaq: İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, o həzrət buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz (və Şəban ayının orucu haqda bir şey soruşmursunuz)?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savabı nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı Cənnətdir.” 2. Sədəqə vermək: İmam Sadiqdən (ə) soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda (Şəban ayında) ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək (Allahdan günahların bağışlanılmasını diləmək)…” 3. İstiğfar (tövbə) etmək: Belə ki, Şəban ayının hər günü yetmiş dəfə أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əs`əluhut-təvbəh – Allahdan bağışlanmaq diləyir və Ondan tövbə (tövbəyə müvəffəq etməyini) istəyirəm!) zikrini demək müstəhəbdir. Həmçinin tövsiyə olunur ki, hər gün bu zikr də yetmiş dəfə deyilsin: Əsləğfirullahəlləzi la ilahə illa huvər-rəhmanur rəhim, əl həyyul-qəyyum, və ətubu iləyh. (Rəhman, rəhim, diri və qəyyum Allahdan məğfirət diləyirəm və tövbə edirəm.) Şəban ayının fəzilət və əməlləri ilə bağlı nəql olunan hədislərdən belə qənaətə gəlmək olar ki, Şəban ayında ən üstün zikr və dua istiğfar etməkdir (günahların bağlanmasını diləməkdir). Nəql olunur ki, hər kəs bu ayda yetmiş dəfə istiğfar etsə, başqa aylarda etdiyi yetmiş min istiğfar etmiş kimidir. 4. İki rükət namaz qılmaq: Şəban ayının hər cümə axşamı iki rükət namaz qılmaq müstəhəbdir, belə ki, hər rükətdə “Həmd” surəsi deyildikdən sonra yüz dəfə “İxlas” surəsi və salamdan sonra yüz dəfə salavat deyilsin. Nəql olunur ki, Şəban aynın hər cümə axşamı Allah-Taala səmaları bəzəyir. Həmin gün mələklər deyirlər ki, ilahi, bu günü oruc tutanları bağışla və onların istək və dualarını rəva et! Seyid ibn Tavus İslam Peyğəmbərindən (s) bu ayın üç gününü oruc tutan və gecələrini də – hər rükətdə bir dəfə “Həmd” və on bir dəfə “İxlas” surələrini oxumaqla – iki rükət namaz qlan şəxs üçün çoxlu savab nəql etmidir. 5. Çoxlu salavat demək: 6. Şəban ayının hər günü günorta vaxtı bu salavatların deyilməsi müstəhəbdir: اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، شَجَرَةِ النُّبُوَّةِ، وَمَوْضِعِ الرِّسالَةِ، وَمُخْتَلَفِ الْمَلائِكَةِ وَمَعْدِنِ الْعِلْمِ، وَاَهْلِ بَيْتِ الْوَحْىِ اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الْفُلْكِ الْجارِيَةِ، فِى اللُّجَجِ الْغامِرَةِ، يَأْمَنُ مَنْ رَكِبَها، وَيَغْرَقُ مَنْ تَرَكَهَا، الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ، وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللّازِمُ لَهُمْ لاحِقٌ، اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الْكَهْفِ الْحَصينِ، وَغِياثِ الْمُضْطَرِّ الْمُسْتَكينِ، وَمَلْجَأِ الْهارِبينَ، وَعِصْمَةِ الْمُعْتَصِمينَ، اَللّهُمَ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، صَلوةً كَثيرَةً تَكُونُ لَهُمْ رِضاً، وَلِحَقِ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَدآءً وَقَضآءً، بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ يا رَبَّ الْعالَمينَ، اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الطَّيِّبينَ الْأَبْرارِ الْأَخْيارِ، الَّذينَ اَوْجَبْتَ حُقُوقَهُمْ، وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلايَتَهُمْ، اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاعْمُرْ قَلْبىبِطاعَتِكَ، وَلا تُخْزِنى بِمَعْصِيَتِكَ، وَارْزُقْنى مُواساةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ فَضْلِكَ، وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ، وَاَحْيَيْتَنى تَحْتَ ظِلِّكَ، وَهذا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ، شَعْبانُ الَّذى حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ، الَّذى كانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَالِه وَسَلَّمَ، يَدْاَبُ فى صِيامِهِ وَقِيامِهِ، فى لَياليهِ وَاَيَّامِهِ، بُخُوعاً لَكَ فى اِكْرامِهِ وَاِعْظامِهِ، اِلى مَحَلِ حِمامِهِ، اَللّهُمَّ فَاَعِنَّا عَلَى الْأِسْتِنانِ بِسُنَّتِهِ فيهِ، وَنَيْلِ الشَّفاعَةِ لَدَيْهِ، اَللّهُمَّ وَاجْعَلْهُ لى شَفيعاً مُشَفَّعاً وَطَريقاً اِلَيْكَ مَهيَعاً، وَاجْعَلْنى لَهُ مُتَّبِعاً، حَتّى اَلْقاكَ يَوْمَ الْقِيمَةِ عَنّى راضِياً، وَ عَنْ ذُنُوبى غاضِياً، قَدْ اَوْجَبْتَ لى مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ، وَاَنْزَلْتَنى دارَ الْقَرارِ وَمَحَلَّ الْأَخْيارِ، Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, şəcərətin-nubuvəti və məvziir-risaləti və muxtələfil-məlaikəh, və mə`dinil ilmi və əhli-bəytil vəhy. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl fulkil cariyəti fil-lucəcil ğamirəh, yə`mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, əl-mutəqəddimu ləhum-mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl-lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu`təsimin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali-Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, ət-təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, və`mur qəlbi bitaətik, və la tuxzini bimə`siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, Şə`banulləzi həfəftəhu minkə bir rəhməti vər-rizvan, əlləzi kanə Rəsulullahi səlləllahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamih, buxuən ləkə fi ikramihi və i`zamih, ila məhəlli himamih. Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş-şəfaəti lədəyh. Əllahummə vəc`əlhu li şəfiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttəbia, hətta əlqakə yəvməl qiyaməti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər-rəhmətə vər-rizvan, və ənzəltəni darəl qərari və məhəlləl-əxyar. Duanın tərcüməsi: İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Muhəmməd və Muhəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (və məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmin gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!) Qeyd etmək lazımdır ki, Şəban ayına məxsus digər zikr və duaları da vardır ki, əlavə məlumat əldə etmək istəyənlər Şeyx Abbas Qumminin “Məfatihul-cinan” kitabına (“Şəban ayının fəzilət və əməlləri” bölümünə) müraciət edə bilərlər.
Maide.az