İordaniyada koronavirus xəstələri saxlanılan xəstəxanada şübhəli oksigen kəsilməsi hadisəsi; İsrailin bu işdə əli varmı?

İordaniyada koronavirus xəstələri saxlanılan xəstəxanada şübhəli oksigen kəsilməsi hadisəsi; İsrailin bu işdə əli varmı?

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya mətbuatı, İordaniya paytaxtının 10 km-liyində yerləşən Al-Satt xəstəxanasında oksigen kəsilməsi nəticəsində səkkiz koronavirus xəstəsinin ölümüylə bitən faciəvi hadisə barədə məlumat yayıb. Bəzi rəsmi olmayan mənbələrdə ölənlərin sayının 30-dan çox olması qeyd olunub.

Qurbanların ailələri xəstəxananın ətrafına toplanaraq etiraz ediblər.

Adının hallanmasını istəməyən bəzi mənbələr, xəstəxana infrastrukturuna kiber hücum edilməsindən və ya xəstəxanadakı təxribat ehtimalından xəbər vermiş və hadisənin səbəbini xarici faktorlarla əlaqələndiriblər.

Adlarının çəkilməsini istəməyən bu mənbələr İordaniya ilə İsrail rejimi arasındakı siyasi gərginliyi nəzərə alaraq bu hadisəyə görə işğalçı rejimi təqsirləndiriblər.

İndiyə qədər İordaniya rəsmiləri hadisə və onun əsas səbəbləri barədə konkret bir açıqlama verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =