Ah çəkmək – əslində Allahı çağırmaqdır

Ah çəkmək – əslində Allahı çağırmaqdır

Hədisi nəql edən yazır: “İmam Sadiqlə (ə) birlikdə xəstə ziyarətinə getmişdik. O xəstəni gördüm ki, yataqda uzanıb ah çəkir. Ona dedim: “Ey mənim qardaşım! Allahı çağır və ona yalvar”.

İmam Sadiq (ə) buyurdu: “Ah – Allah Təalanın adlarından biridir. Ona görə də o kəs ki, ah çəkər – sanki Allah Təalaya yalvarmış olar”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, mömin bəndə nə zaman ah çəkər – o, Allahı xatırlayar və Ondan yardım istəyər.

Ona görə də ah – işarəvi sözlərdəndir ki, xəstənin yadına Allahı salar. Xəstə bu kəlmə ilə Allahla rabitə qurar. (Beytutə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + eleven =